İlham Əliyev və Olaf Şolts Münhendə görüşəcəklər
Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18-də keçiriləcək
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcəklər.
Almaniya Kansleri seçkilərdə qələbəsi münasibətilə Azərbaycan dövlətinin başçısına təbrik məktubunda qarşıdan gələn görüşü qeyd edib.
Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18-dək keçiriləcək.