İlk türk astronavtı Alper Gezeravcı Türkiyəyə qayıtdı VİDEO
"TRT Haber" xəbər verir
Beynəlxalq Kosmik Stansiyadakı missiyasını başa vuran Türkiyənin ilk astronavtı Alper Gezeravcı vətənə qayıdıb.
Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 18 gün qaldıqdan sonra Türkiyənin ilk insanlı kosmik elmi missiyasını tamamlayıbı və fevralın 9-da Yerə enib. Gezeravcı ABŞ-da yoxlamasından sonra Prezident təyyarəsi ilə Ankara Esenboğa Hava Limanına gəlib.
Gezeravcını burada sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, Türkiyə Kosmik Agentliyinin (TUA) prezidenti Yusuf Kıraç, TÜBİTAK prezidenti Hasan Mandal və Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever qarşılayıblar.
Bundan əlavə, 13 uşaq Gezeravcıya gül hədiyyə edib. Gezeravcı da Beynəlxalq Kosmik Stansiyaya apardığı 13 türk bayrağını uşaqlara verib.
Qarşılamadan sonra Esenboğa Hava Limanının VİP salonunda mətbuat konfransı təşkil edilib.