XƏBƏRLƏR / Hadisə

İmişlidə iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

Hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib

İmişlidə iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

    Hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.

    Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

    Elektrik cərəyanın vurması nəticəsində  İmişli sakinləri 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və Məmmədzadə Fərhan Farid oğlu ölüb.

    Amid İsbərov və Farid Məmmədov 8-ci sinif şagirdləri olub.

    Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.