İordaniyadan gətirilən pendirdə zərərli bakteriya aşkarlanıb
AQTA xəbər verir
İordaniyadan Azərbaycana idxal olunan 1200 kq pendirdə zərərli bakteriyalar aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib "GFC" MMC-nin İordaniyadan idxal etdiyi 1200 kq "Nabil Jalapeno Çeddar Pendirli Kürəciklər" əmtəə nişanlı pendir məhsulu partiyasında mikrobioloji çirklənmə (Listeria monocytogenes) müəyyən edilib.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
1 dəqiqədən az