İran Azərbaycan səfirliyinə hücumla bağlı təhqiqatı bitirib?
Bu barədə İranın ədliyyə nümayəndəsi Məsud Sataişi məlumat verib
İran Azərbaycan səfirliyinə hücumla bağlı təhqiqatı başa çatdırıb.
İranın ədliyyə nümayəndəsi Məsud Sataişi Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaqın yekunlaşdığını bildirib.
Onun sözlərinə görə, bu, acı hadisə idi və bu hücumu törədən hər kəsə qarşı sərt tədbirlər görülməlidir.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib.
Bakı baş vermiş hadisəni terror aktı adlandırıb və İranı diplomatik missiyanın bütün əməkdaşlarını təxliyə edərək, bu hadisədə iştirakda ittiham edib.