XƏBƏRLƏR / Hərbi

İran Ermənistanla yaxın vaxtlarda hərbi təlim keçirəcək

Bu barədə İranın Ermənistandakı səfiri Şirqolami məlumat verib

İran Ermənistanla yaxın vaxtlarda hərbi təlim keçirəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Ermənistandakı səfiri yaxın gələcəkdə Ermənistanla mümkün hərbi təlimləri açıqladı.

    Onun sözlərinə görə, bu təlimlər ötən ilin aprel ayında iki ölkə sərhədində keçirilən xüsusi təyinatlı qüvvələrin manevrlərindən daha böyük miqyasda ola bilər. O, Yerevan və Tehran arasında hərbi əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğuladı.

    Bundan əlavə, Xəlil Şirqolami bildirib ki, Ermənistan hakimiyyəti Yerevandakı İran səfirliyinin qarşısında keçirilən etirazlara cavab olaraq müvafiq tədbirlər görüb. O əlavə edib ki, müvafiq orqanlar vəziyyəti nəzarətdə saxlaya biliblər.