İran İsrailə atdığı 500 raketdən 181-i hədəfə çatıb XRONİKA
İndiyədək 500 raket buraxılıb YENİLƏNİB
Xəbər verilir ki, atılan 500-dən çox ballistik raketdən 181-i hədəfə çatıb.
***
"İsrail İrandan ikinci hücum dalğasını gözləmir".
Ordu sözçüsü bildirib ki, sakinlər sığınacaqları tərk edə bilərlər.
İsrail ordusu İranın hücumunun "nəticələrinin olacağını" və İsrail ordusunun planlarının olduğunu bildirib.
***
ABŞ Prezident Administrasiyası bildirib ki, prezident Co Bayden ABŞ ordusuna İsrailə hücumu dəf etməyə kömək etməyi əmr edib. O, orduya İranın İsrailə atdığı raketləri vurmağı əmr edib.
***
"Reuters" xəbər verir ki, İsrailə raket hücumu İranın ali dini lideri Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib.
***
İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib ki, ölkəsi həm müdafiə, həm də hücuma hazırdır.
***
İranın Aralıq dənizində Aşkelon yaxınlığındakı qaz platformasına hücum etdiyi barədə xəbərlər yayılıb.
Hazırda məlumatı yoxlamaq çətindir.
***
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mesajında həmçinin İsrailin cavab verəcəyi təqdirdə dağıdıcı cavabla üzləşəcəyi ilə hədələyib.
***
İsrail, İraq və İordaniya hava məkanlarını bağlayır.
***
"Əl-Ərəbiyyə" telekanalı xəbər verir ki, İordaniya səmasında İranın bir neçə raketi vurulub.
***
Xəbər verilir ki, İsrailin "Dəmir günbəz"i çoxsaylı İran raketlərinin öhdəsindən gəlmir. Bir sıra raket paytaxt Tel-Əvivin ərazisinə düşür.
***
İrandan İsrailə ballistik raketlər atılıb.
İsrail ordusu İranın İsrailə raket atdığını təsdiqləyib.
Bütün İsrailə 400 raket atılıb.
Xəbər verilir ki, İranın ballistik raketləri İsrail ərazisinə 12 dəqiqəyə çata bilər.
Bütün İsraildə hava hücumu həyəcanı səslənir.