XƏBƏRLƏR / İctimaiyyət

İran Prezidentinin qızı Zəhra Pezeşkian Bakıdadır

O, “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir

İran Prezidentinin qızı Zəhra Pezeşkian Bakıdadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı qlobal səviyyədə qarşıya çıxan çətinliklər çoxşaxəlidir.

    Bu sözləri İran Prezidentinin qızı Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.

    O bildirib ki, uşaqların məlumatlarının icazəsiz toplanması, zorakılıq və mənfi məzmun, rəqəmsal təhlükələr uşaqların, xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha çox təsirlənməsinə səbəb olur. Buna görə də, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ortaq tədbirlərin tətbiqi böyük əhəmiyyət daşıyır.