XƏBƏRLƏR / Hərbi

İran Rusiyaya 4 milyard dollar dəyərində silah tədarük edib

Bu barədə "Bloomberg" agentliyi öz tədqiqatını dərc edib

İran Rusiyaya 4 milyard dollar dəyərində silah tədarük edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bloomberg agentliyinin məlumatına görə İran Rusiyanın Ukraynaya  hücumundan əvvəl  2021-ci ilin sonundan Moskvaya 4 milyard dollar dəyərində silah tədarük edib.

    Rusiya İrandan aşağıdakı silah-sürsatı əldə edib:

    •   2,7 milyard dollar dəyərində raketlər (Fath-360, 500-ə yaxın digər qısa mənzilli ballistik raketlər);
    •  hava hücumundan müdafiə sistemləri üçün təxminən 200 zenit raketi;
    •  milyonlarla patron və mərmi və kamikadze dronları Shahed-136;
    •   1,75 milyard dollarlıq müqavilənin bir hissəsi olaraq, o, Rusiyaya bu dronları "Geran-2" adı altında istehsal etməyə imkan verən texnologiyaları paylaşıb.