İran səfiri: Azad olunmuş ərazilərdə çoxlu işlər görülüb
Bunu Seyid Abbas Musəvi Laçında jurnalistlərə öz təəssüratlarını bölüşərkən söyləyib
Mən artıq neçənci dəfədir ki, işğaldan azad olunmuş ərazilərə səfər edirəm. Əvvəlki gəlişimlə müqayisədə işğaldan azad olunmuş ərazilərdə çoxlu işlər görülüb, buraya xeyli sərmayələr qoyulub.
Bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Laçında jurnalistlərə öz təəssüratlarını bölüşərkən söyləyib.
“Arzu edirik ki, əvvəllər bu torpaqlarda yaşayan insanlar yenidən öz yurdlarına qayıtsın. Buranın inkişaf etməsini istəyirik”,-deyə səfir əlavə edib.