İran və Rusiya Hind okeanında hərbi təlimləri davam edir
Bu dəfə onlar dənizdə "gəmi xilasetmə" əməliyyatı keçiriblər FOTO
İran və Rusiya Hind okeanında "gəmi xilasetmə" əməliyyatı keçiriblər.

Oman körfəzində İran-Rusiya birgə dəniz təlimləri zamanı qaçırılmış gəminin xilas edilməsi əməliyyatı keçirilib. Təlim zamanı xüsusi təyinatlı dəstələr hədəf gəmiyə hücum edib və girov götürülmüş heyət üzvlərinin xilas edilməsini məşq ediblər. Təlimlər ABŞ ilə davam edən gərginlik fonunda keçirilir.

Eyni zamanda, Rusiya Prezidentinin mətbuat katibi Peskov təlimlərin planlaşdırıldığını və ABŞ-la bağlı gərginliyin artmasından əvvəl razılaşdırıldığını bildirib.
1 dəqiqədən az