İran və Rusiya "Şimal-Cənub" Dəhlizini müzakirə etdi FOTO
Tehranda İran Ali Milli TŞ-nın katibi Laricani ilə Rusiya Baş nazirinin müavini Savelyev görüşüblər
İran və Rusiya "Şimal-Cənub" Nəqliyyat Dəhlizini müzakirə ediblər.

Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə Rusiya Baş nazirinin müavini Vitali Savelyev arasında görüş keçirilib. Danışıqlar zamanı tərəflər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin regional geosiyasətdə əsas amil kimi inkişafını müzakirə ediblər.

Laricani qeyd edib ki, bütün inzibati maneələr ən qısa zamanda aradan qaldırılacaq və dəhlizin hüquqi və inzibati statusunun müəyyən edilməsi üçün lazımi razılaşmalar bağlanacaq. O əlavə edib ki, prezident Məsud Pezeşkian layihənin həyata keçirilməsinə şəxsən nəzarət edir.
1 dəqiqədən az