XƏBƏRLƏR / Ekologiya

İran və Rusiya Xəzər dənizinin ekologiyasını müzakirı edib

Bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb

İran və Rusiya Xəzər dənizinin ekologiyasını müzakirı edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran və Rusiya Xəzər dənizində ətraf mühit məsələlərini müzakirə etdilər — "Mehr"

    İran və Rusiya Moskvada Xəzər dənizində ətraf mühitin qorunması və Tehran Konvensiyasının tətbiqi ilə bağlı ikitərəfli məsləhətləşmələr keçiriblər.

    Görüşdə müzakirə olunan əsas mövzulardan biri Xəzər dənizinin suyunun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi və onun nəticələri ilə mübarizə planlarının hazırlanması olub.

    Görüş Rusiya Xarici İşlər Nazirliyi tərəfindən strateji və regional əməkdaşlığın inkişafı çərçivəsində təşkil edilib.