
İranda 17 tələbə qaz sızması nəticəsində zəhərlənib.
Bu barədə ISNA məlumat yayıb.
Bildirilib ki, hadisə İlam Universitetinin qız yataqxanasında baş verib.
Zəhərlənən tələbələrdən 5-i xəstəxanaya yerləşdirilib, digərləri isə ambulator müalicə alırlar.