İran azərbaycanlılarının diskriminasiyası müzakirə edilir
Avropa Parlamenti Aİ-nin bir sıra insan haqları təşkilatlarının təşəbbüsü ilə xüsusi iclas keçirilib
Avropa Parlamenti İranda ən böyük etnik azlıq olan cənub azərbaycanlılara qarşı sistemli diskriminasiya mövzusunu müzakirə edir. Tədbir Aİ-nin bir sıra insan haqları təşkilatlarının təşəbbüsü ilə keçirilib.
“Avropa Parlamenti, Avropa Komissiyası, Aİ-yə üzv olan bütün ölkələr İran hakimiyyəti ilə dialoqa başlamalıdır, məqsədə çatmaq üçün bizim bir çox alətimiz, təzyiq rıçaqlarımız var - ölkədəki azərbaycanlı azlığın hüquqlarının və daha yaxşı həyat şəraitinin təmin edilməlidir, " İtaliyalı Avropa Parlamentinin üzvü Françeska Donato bildirib. .