
İran güclü qum fırtınaları səbəbindən dövlət idarələri, banklar və məktəblərin fəaliyyətini dayandırıb. VIDEO
Yerli hakimiyyət sakinləri mümkünsə evdə qalmağa və ehtiyat tədbirləri görməyə çağırır.
Sosial şəbəkələrdə paylaşılan videoya görə, qum qasırğası İranın cənub-qərbində yerləşən şəhərləri bürüyüb. Mahşəhr, Əhvaz və Abadan şəhərlərində vəziyyətin daha kəskin olduğu bildirilir.
Məlumata görə, bu qum fırtınası ötən həftə İraq və Səudiyyə Ərəbistanının sərhəd səhralarında başlayıb və daha sonra İrana doğru irəliləyib.
Yeri gəlmişkən, Bakıda bu günkü yağış avtomobillərin üzərinə toz və qumla yağıb.