XƏBƏRLƏR / Qonşular

İranda namizədlər teledebatda

Onlar daxili və xarici siyasətdən danışıblar

İranda namizədlər teledebatda
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Ötən axşam İranda prezident seçkilərinin 2-ci turuna keçən namizədlər Səid Cəlili və Məsid Pezeşkian arasında ilk teledebat keçirilib.

    Debatda namizədlər daxili və xarici siyasət, mədəniyyət sahəsindəki proqramlarından danışıblar.

    İran siyasətinin mühafizəkar qanadını təmsil edən Səid Cəlili “gücümüzü xalqımızdan alırıq” deyərək, seçiciləri cümə günü məntəqələrə gəlməyə çağırıb.

    İnsanların ictimai fəallığını artımağın yollarından danışan Cəlili “mənim planlarımdan biri də odur ki, ölkənin xalq idarəçiliyi gündən-günə daha ciddi və müxtəlif sahələrdə səmərəli olsun” deyib.

    Məsud Pezeşkian tənqidi fikrilər səsləndirib. O bildirib ki, xalqın 60 faizinin seçkiyə gəlməməsi qəbuledilməzdir.

    “Benzinin qiymətini qaldıracağam xəbəri yalandır. Biz ölkədə qadınların və cəmiyyətin bütün etnik qruplarının iştirakına imkan vermirik. Qadınlar və internet problemi üzündən cəmiyyətin dəstəyini hər gün itiririk.

    Teledebatda namizədlər arasında gərginlik də yaşanıb, onlar bir-birlərinə atmacalar atıblar.


    Cəlili: “Cənab Pezeşkianın dedikləri doğrudur, əgər xalqın iştirakını istəyiriksə, bu insanları görməliyik. Cəmiyyətdəki bir çox işçilər və aztəminatlı insanlar cənab Pezeşkiana dedilər: Siz bizdən yox, qadınlardan danışırsınız, halbuki bizim evdar xanımların problemləri, tələbləri görünmür. İnsanların məşğulluğunu artıran məqamlardan biri də onların problemlərinin həlli yollarının nəzərdən keçirildiyini görməsidir. Bütün qadınlar və işçilər bilməlidirlər ki, bizim onlar üçün planlarımız var”.r yazıb onları icra etməməyin nə mənası var? Buna etiraz edən bütün şagird və müəllimlər məktəbdən uzaqlaşdırılıb. Xalq etiraz edəndə biz hökm edirik. İnsanların müraciət etməsinə icazə verdikmi? İnsanlar, müəllimlər, təqaüdçülər küçələrə çıxır, etiraz edir, zorakılıqla, həbslə müdaxilə edirik. Biz xalqı dinləməliyik. Qutuya getməyənlərə qulaq asdıqmı? Əgər biz ölkəni idarə etmək istəyiriksə, bütün insanların, o cümlədən etnik qrupların, sənətçilərin, idmançıların, akademiklərin tərəfində olmalıyıq. Biz ədaləti tətbiq etməliyik.

    “Etiraz etmək küçəyə çıxmaq demək deyil. Biz xalqın içində olmalıyıq. Etiraz zamanı tələbələrin yanına gedirəm. Həsən Ruhanın hakimiyyət dönəmində də eyni şeyi edirdiniz. Getdim tələbələrin suallarına cavab verdim”.

    Pezeşkian: Ölkənin nə vaxt "sağalacağını" bilirsinizmi? Qanunlara əməl olunanda. İnsanların etiraz etmək hüququ var. Yoxsa qanunu dəyişməliyik ki, qanun varsa, niyə etiraz edirlər? Tələbələr ölkəmizin gələcəyidir. Onların sözləri var. Bunu rədd etmək və ya damğalamaq düzgün deyil”.

    Aparıcı: “Sizin xarici siyasətiniz Həsən Ruhaninin siyasətindən nə ilə fərqlənəcək?”.

    Pezeşkian: “Biz namus və maraq əsasında hərəkət edəcəyik və ilk növbədə daxili problemləri düzəltməli, ayrı-seçkiliyə son qoymalıyıq”.

    Cəlili: “Xarici siyasət daxili siyasətin davamıdır. Xarici siyasət təkcə iki-üç dövlətdən ibarət deyil. İranda heç kim JCPOA-nın həyata keçirilməsinə mane olmayıb. Dünyanın bir çox ölkələri FATF-ın çoxlu maddələrini yerinə yetirmir, amma bizə deyirlər ki, bütün maddələri icra edin. Biz neft sahəsində texnologiyanın olmaması səbəbindən gələcək kapitalı məhv edirik”.

    Pezeşkian: “Biz dünyada bazarları itirdik; Qətər qazımızı alır. Dünyanın ikinci qaz təchizatına malik ölkədə qış aylarında fabriklərin qazını kəsirik”.

    İranda seçkilərin 2-ci turu cümə günü - iyulun 5-də keçirləcək.