İranda qadınlar kütləvi şəkildə hicablarını çıxarırlar
Məsləhət Şurasının üzvünün buna görə "heç bir cərimə, cəza və ya hüquqi nəticələr olmayacağını" bildirib

İranda qadınlar kütləvi şəkildə hicablarını çıxarırlar.
Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonar bildirib ki, indi dini geyim geyinməkdən imtinaya görə heç bir cərimə, cəza və ya hüquqi nəticələr olmayacaq.
Qərar ictimai reaksiyaya səbəb olub. Küçələrdə gəzən və ictimai yerlərə hicabsız daxil olan qadınların çoxsaylı videoları internetdə yayılıb.
Məcburi geyim kodunun ləğvi qadın hüquqları uğrunda uzun müddət davam edən mübarizənin kulminasiya nöqtəsidir. Qərarın özü Tehranın siyasətində tarixi dönüş nöqtəsi kimi qiymətləndirilib.
Lakin hüquqi nöqteyi nəzərdən "hicab qanunu" ləğv edilməyib və hakimiyyət hər an qadınlara qarşı repressialara başlaya bilər.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümü ilə bağlı ölkə boyu kütləvi etirazlar baş verdi. O, hicabını düzgün geyinmədiyi üçün həbs edilib, bundan sonra polis nəzarətində infarkt keçirib.
Xəstəxanaya yerləşdirilən Amini orada dünyasını dəyişib. Aminin kamera yoldaşları iddia edir ki, polis əməkdaşları onu döyüb və bu, onun ölümünə səbəb olub.
2025-ci ilin martında parlamentin spikeri Məhəmməd Bağer Qalibaf hökumətin İran küçələrində hicab taxmağa məcbur edən əxlaq polisini ləğv etdiyini elan etdi.