İranda Səfəvilər dövrünə aid tarixi karvansaranı sökürlər
Bu barədə TƏBRİZ-TURAN-TV Telegram kanalı məlumat yayıb
TƏBRİZ-TURAN-TV Telegram kanalı həyəcan təbili çalır. İranda buldozerlər Səbzəvarda tarixi Azərbaycan karvansarası dağıdıb.
Bununla bağlı Telegram kanalı yazır:
"Əsir düşmüş tariximiz: Səbzivarda tarixi karvansaray buldozerlərlə dağıdılıb
Molla rejimi Azərbaycanın Səbzivar şəhərində Səfəvilər dövrünə aid tarixi karvansarayın buldozerlərlə dağıdıb.
Məlumata görə, karvansarayın vəziyyəti əvvəllər də narahatlıq doğurub və onun bərpası və qorunmasına ehtiyac olduğu bildirilib.
Tikilinin milli irs siyahısına salınması üçün müraciət edildiyi və əzəmətli giriş qapısının olduğu da qeyd edilir".
Karvansarayın hansı icazə əsasında və kimlərin göstərişi ilə dağıdıldığı, eləcə də dağıntının Mədəni İrs Təşkilatının göstərişi ilə həyata keçirildiyi iddiası hələlik müstəqil şəkildə təsdiqlənməyib.
1 dəqiqədən az