İranda yanacaq daşıyan yük avtomobili partlayıb: 11 ölü
Yük maşını əyləc sistemində yaranan texniki nasazlıq səbəbindən qəza törədib
İranın qərbində yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 11 nəfər həlak olub.
Yerli media xəbər verir ki, hadisə Həmədan-Sənəndəc avtomobil yolunda baş verib.
Yük maşını əyləc sistemində yaranan texniki nasazlıq səbəbindən qəza törədib. Qəza nəticəsində yanacaq daşıyan maşında güclü yanğın baş verib və daha sonra partlayış qeydə alınıb.
Yanğının şiddəti o qədər böyük olub ki, yoldan keçən bir neçə nəqliyyat vasitəsi də alovlanıb.
Bildirilib ki, yanğın nəzarətə götürülüb. Hadisə nəticəsində daha 6 nəfər xəsarət alıb.
1 dəqiqədən az