İrandakı səfirliyimizə hücum edən şəxs edam ediləcək
Yasin Hüseynzadə ilə bağlı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən şəxs edam cəzasına məhkum edilib.
Yasin Hüseynzadə ilə bağlı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yanvarın 29-da səfirliyin əməkdaşları və onların ailə üzvləri - ümumilikdə 53 nəfər Bakıya təxliyə edilib.