İrandakı səfirliyimizə hücumun tam görüntüləri İLK DƏFƏ
Bu görüntülər ilk dəfədir təqdim olunur
Terrorçu polisin hadisəyə müdaxilə etməməsindən istifadə edərək əvvəlcədən hazırladığı “Molotov kokteyli”ni səfirlik binasına atmaq istəyib. Daha sonra terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb.
Hadisə zamanı səfirlik əməkdaşı Vasif Tağyev özü də terrorçu tərəfindən çiynindən və çənəsindən güllələnib. Belə ki, V.Tağıyev terrorçunun əlindən avtomatı almağa çalışıb. Avtomatın maqazinini çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu cibindən tapança çıxararaq Vasifi güllələyib.
Lakin Vasif ayıq-sayıqlığını itirməməyə çalışıb. O, terrorçunu binadan çıxarmağa nail olub. Ancaq o, divarı uçuraraq yenidən binaya girib. Bu zaman Vasif onu başından dəmir balonla yaralayıb və yenidən binadan çıxmasına müvəffəq olub. 40 dəqiqə ərzində davam edən insidentə İran polisindən reaksiya verilməyib.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Nəticədə mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
İrandakı səfirliyimizə hücumun heç yerdə görümədiyiniz tam görüntülərini təqdim edirik: