XƏBƏRLƏR / Kriminal

İrandan Horadizə narkotik keçirənlərin qarşısı alındı

Bu barədə DSX məlumat yayıb

İrandan Horadizə narkotik keçirənlərin qarşısı alındı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprel ayının 4-də saat 21:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülmüşdür.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.