XƏBƏRLƏR / Kriminal

İrandan narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb

İrandan narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrandan 30 kiloqram 596 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbinin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Belə ki, noyabrın 28-də DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə marixuana və 3200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.

    Dekabrın 3-də isə Lerik Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 2003-cü il təvəllüdlü Mənsimov Elcan Eldəniz oğlu şübhəli şəxs qismində saxlanılıb. Sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 21 kq 66 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.