"İranın ermənipərəst mövqeyi bizi narahat edir"
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib
İranın bəzi ermənipərəst mövqeyi Azərbaycan tərəfi kimi bizi də narahat edir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV kanalına müsahibəsində bildirib. “Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər”, - deyə Kalın qeyd edib.
Türkiyə rəsmisi İranda baş verən hadisələri üzücü və narahatedici adlandırıb.