XƏBƏRLƏR / Qonşular

İranın xarici işlər naziri İrəvana gəlib YENİLƏNİR

Bu barədə Ermənistan KİV-i yazır

İranın xarici işlər naziri İrəvana gəlib YENİLƏNİR
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:50

    İranın xarici işlər naziri Abbas Araqçinin Ermənistana rəsmi səfəri başlayıb.

    Ararat Mirzoyan Abbas Araqçi ilə İrəvanda görüşüb. Nazirlər işçi nahar formatında müzakirələr aparıblar.

    ***

    İranın xarici işlər naziri İrəvana gəlib.

    Abbas Araqçinin başçılıq etdiyi nümayəndə heyətini Zvartnots beynəlxalq hava limanında Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan qarşılayıb.

    Araqçi Ermənistan paytaxtına erməni həmkarı Ararat Mirzoyanın dəvəti ilə gəlib.

    Səfərin gündəliyinə Araqçinin Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslərlə görüşləri daxildir.

    Danışıqlar zamanı həm ikitərəfli münasibətlər, həm də regiondakı vəziyyət müzakirə olunacaq.

    Qeyd edək ki, İrəvanda Araqçinin ermənicə tərcümə olunan “Danışıqların gücü” kitabının təqdimatı da keçiriləcək. Erməni nəşrinə ön sözü xarici işlər naziri Ararat Mirzoyan yazıb.