İranlı pilotlar Azərbaycan quru yolu ilə vətənlərinə döndü
Dövlət Sərhəd Xidməti xəbər verir
İranlı pilotlar Azərbaycan üzərindən quru yolu ilə vətənlərinə qayıtdılar.
Qazaxıstandan qayıdan İran aviaşirkətinin pilotları, heyət üzvləri və stüardessalar Astara dövlət sərhəd keçid məntəqəsindən sərhədi keçdilər.
Cəmi 14 İran vətəndaşının keçidinə icazə verildi.
İrandakı hadisələr və hava məkanlarının bağlanması səbəbindən beynəlxalq uçuşlarını başa vurduqdan sonra onlar Azərbaycan üzərindən quru yolu ilə ölkələrinə qayıtdılar.
1 dəqiqədən az