İranpərəst qruplara qarşı zərbələr yalnız birinci tur idi
Bunu Yəmən, İraq və Suriyaya endirilən ABŞ raket zərbələri barədə Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib

"Fox News"a müsahibə verən Con Kirbi Yəmən, İraq və Suriyada iranpərəst qruplara qarşı zərbələr yalnız birinci tur adlandırıb.
"Cümə gecəsi gördükləriniz yalnız birinci tur idi. ABŞ administrasiyası SEPAH və onları dəstəkləyən qruplara qarşı əlavə tədbirlər görəcək”, – Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.