XƏBƏRLƏR / Neft və Qaz

İrəvan Rusiyadan maye qazı da Azərbaycan yolu ilə alacaq

Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatında deyilir

İrəvan Rusiyadan maye qazı da Azərbaycan yolu ilə alacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan İqtisadiyyat Nazirliyi xəbər verir ki, Ermənistan maye qazı da Rusiyadan Azərbaycan dəmir yolları vasitəsi ilə alacaq.

    Nazirliyin məlumatında deyilir ki, maye qaz idxalı ilə bağlı problemlərə görə (İrandakı vəziyyət, Gürcüstandakı Lars keçid məntəqəsi), Rusiya maye qazı tezliklə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana idxal ediləcək.