İrəvan "sərhəddə görüş" təklifi ilə bağlı nala-mıxa vurur
Rəsmi Bakının təklifi barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan danışıb
Ermənistan bütün variantları (Irəvan-Bakı danışıqlar keçirilməsi ilə bağlı - ANS Press) müzakirə edir, - Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın sərhəd görüş və sülh danışıqlarının regional məkanlarda keçirilməsi təklifini şərh edərkən bildirib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün dövlət sərhədində görüş keçirməyə dəvət edib.
Buna cavab olaraq Ermənistan xarici işlər nazirliyi riakarcasına "iki ölkə arasında delimitasiya üzrə komissiyanın iclasını dövlət sərhədində keçirməyə dəvət edib."