XƏBƏRLƏR / Siyasət

Azərbaycan Ermənistana cavab verdi YENİLƏNİB

İrəvan sülh müqaviləsi təkliflər paketini Bakıya göndərdiyi barədə xəbər yaymışdı

Azərbaycan Ermənistana cavab verdi YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 20:30

    Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.

    O qeyd edib ki, bu gün Azərbaycan sülh sazişi üzrə cavab təkliflərini (11-ci təkliflər paketi) Ermənistana göndərib.

    ***

    11:36

    Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən növbəti təkliflər paketi göndərib.

    Ermənistan KİV-nin məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

    O deyib ki, rəsmi İrəvan hazırda bu təkliflərə cavab gözləyir.