İrəvan və Dehlinin Müdafiə Sənayesi memorandumu
Sənəd birgə tədqiqat və innovasiya proqramlarının həyata keçirilməsini nəzərdə tutur
Ermənistan və Hindistan Müdafiə Sənayesi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar.
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi və Hindistanın Müdafiə Nazirlikləri müdafiə sənayesində tədqiqat, inkişaf, innovasiya və birgə istehsal sahəsində əməkdaşlıq memorandumu imzaladılar. Sənəd birgə tədqiqat və innovasiya proqramlarının həyata keçirilməsini, müdafiə texnologiyaları sahəsində startapların və inkubatorların inkişafını, eləcə də təcrübə mübadiləsini və peşəkar inkişafını nəzərdə tutur.
1 dəqiqədən az