XƏBƏRLƏR / Qalmaqal

İrəvanda abidəni təhqir edən şəxs ölkədən qaçmaq istəyib

Samvel Şirinyan Gürcüstanla sərhəddə yerləşən Baqrataşen keçid məntəqəsinin ərazisində tutulub

İrəvanda abidəni təhqir edən şəxs ölkədən qaçmaq istəyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan İstintaq Komitəsindən verilən məlumata görə, İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edən Samvel Şirinyan tapılıb və saxlanılıb.

    "ArmLur.am" xəbər verir ki, o, Ermənistanı tərk etmək istəyərkən Gürcüstanla sərhəddə yerləşən Baqrataşen keçid məntəqəsinin ərazisində tutulub.