İrəvanda etiraz aksiyası başlayıb VİDEO
Etiraz aksiyasına arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir
İrəvanın mərkəzindəki hökumət binasının qarşısında - Respublika meydanında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.
Etirazçılar avtomobilləri ilə meydana daxil olaraq oranı zəbt ediblər. Hazırda polis onları sıxışdırıb meydandan çıxarmağa çalışır.
Qeyd edək ki, mayın 9-dan başlayaraq İrəvanda baş nazir Nikol Paşinyanın istefası, Azərbaycanla sərhədin delimitasiyası prosesinin dayandırılması tələbi ilə etiraz aksiyaları keçirilir. Etiraz aksiyasına erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir.