İrəvanda Köçəryan və digərlərinin işi üzrə məhkəmə başlayıb
Cinayət işi 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlıdır
İrəvanda 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı Ermənistanın ikinci prezidenti (hərbi cani - ANS Press) Robert Köçəryan və digərlərinin işi üzrə növbəti məhkəmə iclası başlayıb - SputnikARM

İclasın əvvəlində keçmiş baş nazirin müavini Armen Gevorkyanın müdafiəsi onun cinayət təqibinə xitam verilməsi barədə vəsatət qaldırıb, lakin məhkəmə vəsatəti rədd edib.
Qeyd edək ki, avqustun 27-də Köçəryan iki ay müddətinə həbs edilib.
Xatırladaq ki, 2008-ci il martın 1-də İrəvanda baş verən hadisələr müxalifətin etiraz aksiyasının Robert Köçəryanın əmri ilə faciəli şəkildə dağıdılması və 10 nəfərin ölümü ilə nəticələnən növbəti toqquşmalar olub.
1 dəqiqədən az