Paşinyana qarşı mitinq nə davam edir, nə də bitir
Paşinyana istefa üçün verilən vaxt 2 saat əvvəl bitib
Bu saatlarda İrəvanın mərkəzindəki Respublika meydanında keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi yürüş iştirakçılarının hakimiyyət əleyhinə mitinqi keçirilir.
Mitinqi bəzi erməni internet mediası canlı yayımlayır.
Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər.
İrəvandakı Respublika meydanına və Ermənistan hökumətinin binasına bitişik əraziyə çoxsaylı polis qüvvələri yerləşdirilib. Hökumət binasının qarşısında polis bir neçə cərgədən ibarət kordonda düzülüb.
"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat İrəvanda Respublika Meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyanın istefa verməsi üçün bir saat vaxt verdiyini bildirib.
Bu barədə o, İrəvanda keçirilən mitinqdə danışıb.
"İlk dəfədir ki, onun adını çəkirəm. Nikol Paşinyan! Mən sizə istefa üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram", - o deyib.