XƏBƏRLƏR / Qonşular

İrəvanda Paşinyanın rəhbərliyi ilə "xaç yürüşü" keçirilib

Bu barədə erməni KİV-i məlumat yayıb FOTO

İrəvanda Paşinyanın rəhbərliyi ilə "xaç yürüşü" keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:45

    Müəyyən qüvvələr Erməni Kilsəsindən dövlətə qarşı alət kimi istifadə etməyə cəhd göstərir.

    Ermənistan mediası xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Kilsəsinin yenilənməsi şüarı altında keçirilən kütləvi yürüşün yekununda çıxışı zamanı deyib.

    Baş nazir bildirib ki, bəzi qüvvələr Erməni Kilsəsini Ermənistan Respublikasına qarşı yönəlmiş addımlar üçün dayaq nöqtəsinə çevirməyə çalışırlar.

    “Bizim doğma kilsəmizi, müqəddəs dəyərimizi dövlətimizə qarşı istifadə etmək istəyirlər. Mən Ermənistanın Baş naziri olaraq bəyan edirəm ki, buna imkan verməyəcəyik”, – Paşinyan vurğulayıb.

    Paşinyan hökumətin kilsəyə qarşı fəaliyyət göstərməsi ilə bağlı ittihamları rədd edib: “Hökumət kilsəyə qarşı hərəkət etməyib, etmir və heç vaxt edə bilməz”.

    ***

    13:59

    Ermənistan paytaxtında Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə yürüş başlayıb.

    Bu barədə erməni KİV-i məlumat yayıb. Hökumət başçısının "xaç yürüşü" adlandırdığı aksiya Müqəddəs Qriqori Lusavoriç (Müqəddəs Maarifçi Qriqori) baş kilsəsində Ermənistan rəhbərliyinin iştirak etdiyi milad liturgiyasından sonra başlayıb.

    Yürüş iştirakçıları Müqəddəs Anna kilsəsinə doğru irəlləyirlər.