İRNA: İsfahan obyektinə hücumu Kürd qrupları təşkil edib
Bundan əvvəl İran rəsmiləri hücumda ABŞ, İsrail, Səudiyə və Azərbaycanı təqsirləndirirdilər
İranın İRNA dövlət agentliyi yazır: "İsfahandakı hərbi emalatxanaya hücumda istifadə edilən dronların hissələri İraqın Kürdüstan bölgəsində yerləşdirilən bəzi anti-inqilabçı kürd silahlı qruplar tərəfindən İrana daşınıb.
Təsdiqlənmiş məlumata görə, kürd yaraqlı qrupları dronların hissələrini və döyüş sursatlarını digər hökumətlərin təhlükəsizlik xidmətlərindən alıb və yükü gizli yollarla İranın şimal-qərbindəki sərhəd şəhərlərinə çatdırıblar.
Parçalar və partlayıcı maddələr İsfahanda İran İslam Respublikasının Müdafiə Nazirliyinə məxsus hərbi sex kompleksinə qarşı istifadə edilmək üçün təlim keçmiş qüvvələr tərəfindən təchiz olunmuş sexdə yığılıb."