Reportaj

İsa bulağı - Şuşada ən sevimli məkanlardandır FOTOREPORTAJ

Bulaq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib

İsa bulağı - Şuşada ən sevimli məkanlardandır  FOTOREPORTAJ
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən, Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur.

     İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.

     Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

    Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi durudur. Ən isti yay günlərində belə ətrafı həmişə sərin olan bulaq hər zaman şuşalıların və şəhərin qonaqlarının ən sevimli istirahət məkanlarından olub.

    Ərazidəki istirahət kompleksinin təmir edilərək istifadəyə verilməsi Şuşada turizmin inkişafına töhfə verəcək".

    İsa bulağı 34 il əvvəl olduğu kimi, yenə də Şuşaya gələnlərin üz tutduqları ən sevimli məkanlardandır.

    Foto: Trend