XƏBƏRLƏR / İctimaiyyət

İsa Qəmbər Müsavat başqanlığına yeganə namizəd olacaq

Natiq Mehdi və Osman Kazımov da namizədliyini irəli sürmüşdü

İsa Qəmbər Müsavat başqanlığına yeganə namizəd olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 4-də Müsavat Partiyasının qurultayı keçiriləcək.

    Qurultayda partiyanın başqanı da seçiləcək.

    İsa Qəmbər Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında partiya başqanlığına namizədliyini açıqlayıb.

    Natiq Mehdi və Osman Kazımov da namizədliyini irəli sürmüşdü. Artıq onların hər ikisi namizədliyini geri götürüb.

    Beləliklə, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna yeganə namizəd olacaq.

    1957-ci il fevralın 24-də doğulan İsa Qəmbər Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1979-cu ildən elmi fəaliyyət göstərib. 2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür.