İşğaldan azad edilmiş ərazilərə giriş 1 həftəlik məhdudlaşır
Bu qarşıdan gələn dövlət tədbiri ilə əlaqədardır

İşğaldan azad edilmiş ərazilərdə qarşıdan gələn dövlət tədbiri ilə əlaqədar Qarabağa gediş-gəliş üçün icazələrin verilməsi bir həftə müddətinə məhdudlaşdırılıb.
“Yolumuz Qarabağa” portalı iyunun 30-dan iyulun 6-dək Şuşa, Xankəndi, Ağdam və Laçın daxil olmaqla doqquz istiqamətə səyahət üçün icazələrin verilməsini dayandırıb.
Vətəndaşlara əvvəlcədən SMS bildirişlər göndərilib. Zəngilan və Cəbrayıla səfərlər davam edir.