İslam ölkələri təcili iclasa toplanır
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib
İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveç və Danimarkada Qurana qarşı edilən təhqirlərə görə iyulun 31-də fövqəladə iclas keçirəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bildirib.
O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın məsələ ilə bağlı İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri ilə müzakirə apardığını deyib: "İslam Əməkdaşlıq Təşkilatına rəsmi görüş sorğusu göndərilib. Quran təhqir olunduğu üçün bu növbədənkənar iclasın bazar ertəsi onlayn keçirilməsinə qərar verilib".