İslandiyada vulkana görə bir şəhər təxliyə olunub
Bu barədə İslandiya Meteorologiya Mərkəzi məlumat yayıb
İslandiyanın Reykyanes yarımadasında dörd ay ərzində dördüncü dəfə vulkan püskürüb.
Bu barədə İslandiya Meteorologiya Mərkəzi (IMO) məlumat yayıb. Təbiət hadisəsinə görə Qrindavik şəhərinin sakinləri və turistlər təxliyə edilib.
Qeyd edək dekabr ayında baş verən ilk vulkan püskürməsi nəticəsində 3 ev lavanın altında qalıb.