İspaniyanın daşqınlar zonasında Kralı daşa basıblar VİDEO
Daşqınlardan əziyyət çəkən sakinlər Kral və Kraliçanı təhqir ediblər
İspaniya Kralı VI Filippin Valensiyadakı Paiportu şəhərinə gəlişi etirazlarla müşayiət olundu. Yerli sakinlər və könüllülər onun üstünə torpaq və əşyalar ataraq “Qatillər” və digər təhqirlər səsləndiriblər. VIDEO
Kraliça Letizia da palçıqla hücuma məruz qalıb.
Etirazların qızğın vaxtında bir neçə könüllü mühafizəçilərdən birini döyüb.
Baş nazir Pedro Sançes nümayəndə heyətini tərk etdi, lakin kral təsirlənən bölgəyə səfərini davam etdirməkdə israrlıdır.
Qeyd edək ki, İspaniyada fəlakət nəticəsində həlak olanların sayı 211-ə, itkin düşənlərin sayı isə 500 nəfərə çatıb.