İsrail bombardmana başladı
İsrail ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ilkin məlumatlara görə 5 nəfər ölüb

İsrailin Qəzza zolağının mərkəzində yerləşən Əl-Meqazi Qaçqınlar Düşərgəsindəki bir evi hədəf alması nəticəsində 1 fələstinli ölüb, 4 nəfər yaralanıb.
İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinin mərkəzində bir evi hədəfə aldığı hücumda 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Hücum zamanı ölən və yaralananlar Əbu Yusur ən-Nəccar xəstəxanasına gətirilib.
Qəzza şəhərinin şimal-qərbindəki Ən-Nəsr rayonunda “Ən-Nəsr” və “Rantisi” xəstəxanaları ətrafında İsrail qüvvələri ilə fələstinli qruplar arasında toqquşma olub.
İsrail və HƏMAS arasında barışıq çərçivəsində noyabrın 24-ü cümə günü saat 08:00-da qüvvəyə minən "humanitar fasilə" bu gün səhər saatlarında başa çatıb.
Müvəqqəti atəşkəs başa çatdıqdan sonra İsrail döyüş təyyarələri Qəzza zolağının müxtəlif hissələrini bombalamağa başlayıb.