İsrail qırıcıları Yəmənin Əl-Hudeydə limanını bombaladı
Rəsmi Tel-Əviv bu obyektin İrandan silah daşımaq üçün istifadə edildiyini deyir
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Ənsar Allah" hərəkatının Yəməndəki Hudeyda və Rəs İsa şəhərlərindəki yanacaq, enerji və liman infrastrukturuna zərbələr endirib.
Hərbçilərin sözlərinə görə, bu obyektlər İrandan silah daşımaq üçün istifadə edilib və husilər üçün kritik gəlir mənbəyi olub.
"Əl-Cəzirə" telekanalı xəbər verir ki, Əl-Hudeydə limanında neft anbarı yanır.
Qeyd edək ki, Əl-Hudeydə limanı hüsilərin nəzarətindədir.