İsrail qoşunlarının Livandan çəkilməyəcəyini bildirib
Bunu növbəti dəfə ölkənin Baş naziri Benyamin Netanyahu elan edib
"The Times of Israel" qəzetinin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İranın təzyiqlərinə baxmayaraq, İsrail qoşunlarının Livandan çəkilməyəcəyini bildirib.
İsraildə yeni magistral yolun rəsmi açılış mərasimində çıxış edən Netanyahu İsrail qüvvələrinin Livanın cənubunda qalacağını və İsrailin ehtiyacları tələb etdiyi müddətcə orada "təhlükəsizlik zonası"nı qoruyacağını bildirib.
"Reuters" agentliyi yüksək vəzifəli İsrail rəsmisinə istinadən bildirib ki, İsrail Livanın cənubundakı qoşun mövqelərini qorumaq üçün Ağ Evlə "sərt danışıqlar" aparır.
1 dəqiqədən az