XƏBƏRLƏR / Münaqişə

İsrail tankları Rəfaha daxil oldu

Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb

İsrail tankları Rəfaha daxil oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Müdafiə Ordusunun zirehli bölmələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olub.

    Bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

    Nəşrin yazdığına görə, İsrail ordusu Rəfahın şərqindəki HƏMAS hədəflərinə dəqiq zərbələr endirdiyini bildirib. Misir televiziya kanallarının nümayiş etdirdiyi "Rafah" nəzarət məntəqəsinə aid görüntülərdə atəş və partlayışlar, tankların, helikopterlərin səsləri eşidilir.