XƏBƏRLƏR / Hərbi

İsrail və ABŞ birgə hərbi təlimlərə başlayıb

Təlim hava hücumundan müdafiə, kibertəhlükəsizlik, kəşfiyyat və logistika sahələrində keçirilir

İsrail və ABŞ birgə hərbi təlimlərə başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail və ABŞ planlı ortaq hərbi təlimlərə Juniper Falcon başladı.

    İsrail Silahlı Qüvvələri və ABŞ Mərkəzi Komandanlığı planlaşdırılmış birgə Juniper Falcon təliminə başlayıb, İsrail ordusunun mətbuat xidməti bildirib.
    Məlumata görə, təlim “ABŞ Mərkəzi Komandanlığı ilə birgə həyata keçirilən silsilə təlimlərin bir hissəsidir və İsrail Ordusunun 2023-cü il üçün təlim proqramı çərçivəsində planlaşdırılıb”.
    Təlim hava hücumundan müdafiə, kibertəhlükəsizlik, kəşfiyyat və logistika ssenarilərinə diqqət yetirəcək və “potensial təhlükəsizlik hadisələri üçün ABŞ-İsrail birgə hazırlığını yoxlayacaq”.