İsrailin səfiri İrəvandakı faşist aksiyasını pislədi
Coel Lyon nasistlərin İrəvanda Qaregin Njdenin şərəfinə keçirdiyi aksiyasına qarşı çıxıb
İsrailin Ermənistan və Moldovadakı səfiri Coel Lyon nasistlərin İrəvanda Qaregin Njdenin şərəfinə keçirdiyi aksiyanı pisləyib.
Bu barədə diplomat "X" platformasında yazıb.
“Nasistlərlə əməkdaşlıq edən Qaregin Njdenin təriflənməsi qəbuledilməzdir! Ermənistan hakimiyyəti açıq şəkildə nasizm və antisemitizmin bütün formalarına qarşı çıxmalıdır”, - səfir yazır.
Qeyd edək ki, İrəvanda erməni nasistləri faşistlərlə əməkdaşlıqda ittiham olunan nasist Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçirib.